» » Qeyri-adi deyilən canlının hansı heyvan olduğu açıqlandı

Qeyri-adi deyilən canlının hansı heyvan olduğu açıqlandı

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Qeyri-adi deyilən canlının hansı heyvan olduğu açıqlandı
Kürdəmirdə aşkar edilən canlı Şneyder kərtənkələsidir.

Xalqinfo” xəbər verir ki, bu barədə AzVision.az-a AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusiv məlumat verib. Onun sözlərinə görə, Şneyder kərtənkələsi tam təhlükəsizdir:

“Bu, tam təhlükəsiz və zəhərsiz canlıdır. Kərtənkələlər fəsiləsinə aiddir. Abşerondan Qazaxa qədər bu kərtənkələyə rast gəlmək olar. Gəlmə deyil, yerli faunadır. O, çəyitkələr və xırda cücülərlə, zərərli və ziyanverici həşəratlarla qidalanır. İlanlar onu yeyir, zəhəri yoxdur. Televiziyada kadrlarda baxıram ki, onu kürəyi üstə çeviriblər, biri də deyir ki, təhlükəlidir, zəhərlidir. Bu, nadanlıqdan, məlumatsızlıqdan irəli gəlir. Sensasiya, stəkanda fırtına yaratmaq istəyirlər”.

E.Yusifov həmin kərtənkələləri öldürməməyi məsləhət görüb.

Qeyri-adi deyilən canlının hansı heyvan olduğu açıqlandı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler