» » Əvvəl geyinib sonra yeyilən bikinilər -

Əvvəl geyinib sonra yeyilən bikinilər - "Pizza-kini" + Foto + Video

Bölmə: MARAQLI
Əvvəl geyinib sonra yeyilən bikinilər -
Amerikanın "Villa Italian Kitchen" pizza mağazalarında 1946-cı il iyun ayının 5-də rəqqasə Mişel Bernardın Parisdə ilk bikini nümayişinin şərəfinə maraqlı layihə keçirilir.

"Xalqinfo" Publika.az-a istinadən xəbər verir ki, şirkət əslən Nyu-Yorklu dizayner Cessi Birden ilə əməkdaşlıq edərək xanımlar üçün nəzərdə tutulan yeyinti məhsullarından ibarət "pizza-kini" adlı çimərlik geyimi istehsal edir.

Geyimləri zövqə və ölçüyə görə mosarella pendiri, tomat sousu və pepperonnidən hazırlayırlar. Alıcılar yeyilə bilən bikiniləri zövqə görə seçə bilərlər.

"Pizza kini"lərin dəyəri 10 min dollar təşkil edir. Çimərlik geyimlərini sifariş etmək üçün şirkətin Feysbuk hesabına müraciət etmək lazımdır.

Müxtəlif yeyinti məhsulları ilə dünyaca məşhur musiqiçilərin portretlərini hazırlayan dizayner Cessi Birden bu layihə ilə adını ən yaxşıların sırasına yazdıracaq.

2016-cı ildə dünyada ilk dəfə İngiltərədə yeyilə bilən gəlinlik hazırlayan Cessi "Honda", "The Gap", "McDonald's" və "American Express" kimi məşhur şirkətlərlə yaxından əməkdaşlıq edir.


Əvvəl geyinib sonra yeyilən bikinilər -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler