» » 11 yaşı var: Eynşteyn və Houkinqi geridə qoydu

11 yaşı var: Eynşteyn və Houkinqi geridə qoydu

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
11 yaşı var: Eynşteyn və Houkinqi geridə qoydu
İngiltərədə yaşayan 11 yaşlı Arnov Şarma dünyanın ən prestijli İQ testlərindən biri olan “Mensa” testində əldə etdiyi nəticə ilə dünya gündəmində səs salıb.

Xalqinfo.az “İndependent” xəbər portalına istinadən xəbər verir ki, 11 yaşlı Şarma testdən 162 balla keçib. Bununla o, həmin testdən 160 balla keçən Albert Eynşteyn və ingilis fizik Stepen Houkinqi geridə qoyub.

“Mensa” İQ testinin olduqca çətin olduğunu və çox az insanın keçdiyini xatırladan hindli uşaq 2.5 saatlıq bu sınağa qətiyyən hazırlaşmadığını qeyd edib.

Daha öncə buna bənzər heç bir sınağa getməyən Şarma nəticələrini öyrənərkən ailəsinin də çox təəccübləndiyini deyib.

Qeyd edək ki, keçən il 12 yaşındakı hind əsilli İngiltərə vətəndaşı Rajgauri Pavar adlı qız da “Mensa” testindən 162 balla keçmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler