» » Görənləri heyrətə salan 21 yaşlı qarı -

Görənləri heyrətə salan 21 yaşlı qarı - Foto

Bölmə: MARAQLI
Görənləri heyrətə salan 21 yaşlı qarı -
21 yaşlı Zara Hartşorn nadir ratlanan dəri xəstəliyindən əziyyət çəkir. Bu xanım yaşının az olmasına baxmayaraq, qarıya bənzəyir.

Kiçik yaşlarından özünü göstərməyə başlayan bu xəstəlik Zaranın yaşıdları arasında birmənalı qarşılanmayıb. Deyirlər, uşaqlar qəddar olurlar. Zara müsahibələrinin birində etiraf edir ki, 10 yaşı olanda sinif yoldaşları ona “meymun” deyir, hətta döyürdülər.

21 yaşlı xanım insanların ondan yaşını soruşacağından qorxduğu üçün çox zamanını evdə keçirir. "Aliber dermotolizi" adlanan bu patologiya dərini vaxtından tez qocaldır. Dermotoliz irsi xəstəlikdir və Zara bu xəstəliyin ona anasından keçdiyini bildirir.

Hazırda Zara həkimlərin nəzarətindədir. Mütəxəssislər ona dərisinin elastikliyini qaytarmaq üçün tibbi müdaxilə etməyin yollarını axtarırlar. 5 il öncə ABŞ-da anası ilə birgə plastik əməliyyat olunan Zaranın üz dərisi bir neçə ay sonra yenidən öz vəziyyətinə qayıdıb.

“Əməliyyatdan sonra həyatımda ilk dəfə özümü xoşbəxt hiss etmişdim. Təəssüf ki, bu uzun sürmədi” - deyən Zara bu gün də ümidini itirmək istəmir.

Görənləri heyrətə salan 21 yaşlı qarı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler