» » 30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"

30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
İspaniya maraqlı hadisə baş verib.

Xalqinfo.az xəbər verir ki, Madrid şəhərində yaşayan 57 yaşlı Karmen Ximenez 30 ildir özünü kor kimi təqdim edib. Buna səbəb qadının ailəsinə, eləcə də ətrafındakı insanlara salam verməkdən bezməsi olub.

Əri ondan şübhələnərək arvadının hərəkətlərini müşahidə etməyə başlayıb. Əri deyir ki, o, çox səliqəli makiyaj edir, bəzən televizora baxır:

"Təxminən 30 ildir ki, kor təqlidi edir. Kor olduğunu desə də, heç bir kömək olmadan uzaq məsafələrə gedib-gələ bilirdi. Hərdən televizora da baxdığını görürdüm".

Karmen Ximenez yalanı üzə çıxandan sonra yerli mətbuata belə açıqlama verib:

"Bəli, mən kor deyiləm. Heç vaxt da görmə qabiliyyətimi itirməmişəm. İnsanları küçədə görüb, salam verməkdən bezmişdim. Heç vaxt sosial insan olmamışam. Hər kəsdən sıxıldım. Salam verməkdən bezdim və ağlıma bu gəldi".

Ailəsi ilə yanaşı, dövləti də aldadan qadın məhkəməyə verilib. Dövlətə kor olduğuna dair saxta sənədlər verərək, sosial yardım alan qadın hüquqi yollarla cəzalandırılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler