» » Evdə paltar qurutmaq niyə təhlükəlidir?

Evdə paltar qurutmaq niyə təhlükəlidir?

Bölmə: MARAQLI
Evdə paltar qurutmaq niyə təhlükəlidir?
"The İndependent" qəzeti paltarları evdə qurutmağın sağlamlığa ziyanından yazır.

Xalqinfo.az virtualaz.org-a istinadən bildirir ki, məqalədə deyilir ki, həyətyanı sahəsi, geniş pəncərə və heç olmasa kiçicik balkonu olmayanları necə qınayasan? Belələri otaqlarını camaşırxanaya çevirməyə məcburdurlar.

Britaniya kimi ölkələrdə isə hətta bağ-bağçan və ya balkonun olsa da, yağış, leysan paltar qurutmağa imkan vermir.Bunlar başa düşüləndir, amma təəssüf ki, evdə paltar qurutmaqla biz sağlamlığımıza ziyan vururuq.

Hər halda İrlandiyanın Astma Cəmiyyəti belə bir xəbərdarlıq verib:"Nəm mühitlərdə kif göbələkləri artır ki, bunlar da spor adlanan toxumlarını ətrafa tökürlər".

Cəmiyyətin üzvlərindən Pheena Kenny deyir ki, sporlar bəzi adamlarda allergik reaksiyalara səbəb ola bilər. Kif və göbələk sporları adi gözlə görünmür.

Adətən insanlar belə sporları tənəffüslə udarkən immun sistemi onların öskürək və asqırıqla orqanizmdən xaric olunmasına kömək edir. Amma kif sporları ilə ümumiyyətlə qarşılaşmayan adamlarda heç bir reaksiya olmaya da bilər.

Kif sporları xüsusilə də astmalı xəstələr üçün təhlükəlidir. Bu sporlar xəstəliyi kəskinləşdirə bilər. Kenny izah edir ki, Aspergillus fumigatus və ya "tüstülənən Aspergillus" sporları ağ ciyər infeksiyalarına səbəb olur.

Təhlükə təkcə astma xəstələrinə deyil. Bu sporlar yaşlılar, körpələr, uşaqlar, ekzemalı adamlar və immun sistemi zəif olanlar üçün də ciddi təhlükə törədə bilər.Bu sporların yayılması üçün ən münbit vaxt yanvar və fevral aylarıdır. Lakin avqust və sentyabrda da sporlardan ehtiyatlı olmaq lazımdır.

Elə isə nə etməli?

Əgər paltarları bayırda qurutmaq mümkün deyildirsə, onda mənzildə bu məqsəd üçün ayrılmış otaq yataq otağından mümkün qədər uzaq olmalı və yaxşıca havalandırılmalıdır.

Kif və bar daha çox nəm və rütubətli yerlərdə - vanna otaqları, mətbəx və zirzəmilərdə əmələ gəlir. Əşyaların səthindən kifin təmizlənməsi üçün su, sirkə və sabun məhlulundan istifadə etmək olar.

Paltarlarınızı nəm şkaflara və rəflərə yığmayın.Mənzilin pəncərələrini mümkün qədər çox açıq saxlamaq və otaqları havalandırmaq mühümdür. Bu qaydaya xüsusilə də duş qəbul etdikdən, təmizlik işlərindən, xörək bişirdikdən və qabyuyandan istifadə etdikdən sonra riayət etmək vacibdir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler