» » “Microsoft” bazara yeni oyun avadanlığı çıxarıb

“Microsoft” bazara yeni oyun avadanlığı çıxarıb

Bölmə: MARAQLI
“Microsoft” bazara yeni oyun avadanlığı çıxarıb
“Microsoft” korporasiyası E3 sərgisi çərçivəsində yeni “Xbox One X” oyun avadanlığını nümayiş etdirib.

Xalqinfo.az xəbər verir ki, bu oyun avadanlığı hazırda bazardakı ən güclü avadanlıq hesab edilir.

İstehsalçı iddia edir ki, avadanlıqdakı oyunları 4K formatında 60 ps tezliyi ilə oynamaq mümkündür. Onun qrafik kartının gücü isə 6 teraflops təşkil edir. Bundan başqa, yeni oyun avadanlığı istehsalçının bütün avadanlıqları arasında ən yığcamıdır. O, həmçinin “Xbox One S” üçün mövcud olan bütün cihazlarla uyğun gəlir.

Yeni oyun avadanlığı bu ilin noyabrın 7-də satışa çıxarılacaq. Onun bazardakı qiyməti 500 dollar təşkil edəcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler