» » Dünyanın ən böyük smartfonu satışa çıxarılacaq

Dünyanın ən böyük smartfonu satışa çıxarılacaq

Bölmə: MARAQLI
Dünyanın ən böyük smartfonu satışa çıxarılacaq
Çinin “Xiaomi” şirkətinin rəhbəri Ley Tszyun yeni yeddi düymlü smartfonun yaradılacağını bəyan edərək prioritetin qurğunun bir əldə rahat tutulması olacağını qeyd edib.

Xalqinfo.az məlumatına görə, ictnews.az “DNI24” resursuna istinadən yazır ki, on il əvvəl smartfonların orta statistik diaqonalı təxminən 3,5-4 düymə bərabər olub. Bu gün 5 düymlü qurğu ilə insanları təəccübləndirmək qeyri-mümkündür.

“Xiaomi” ötən il istifadəçilər arasında çox populyar olan 6,44 düymlü ekrana malik “Mi Max” smartfonunun satışlarına başlayıb. Bunun məntiqi davamı olaraq cari ildə yeni “Mi Max 2” versiyasının buraxılması qərara alınıb.

Model “Xiaomi Mi6” smartfonunda olduğu kimi, yenilənmiş kamera prosessoru, tutumlu və güclü akkumulyator, “USB Type-C” çıxışı və s. fərqli versiyalarla təchiz edilib. Sonra şirkət daha böyük ekranlı qurğunun istehsalı ilə bağlı qərar qəbul edib.

Şirkət rəhbəri vurğulayıb ki, 6,44 düym əlin içinin ölçüsünə tam uyğun gəlməsi səbəbindən optimal versiyalar arasında ən böyük ölçü hesab edilir.

Həmçinin, bildirilib ki, qurğunun böyük ölçülərinin narahatlığını kompensasiya edən texnologiya icad ediləcəyi təqdirdə 7 düymlü diaqonal da yaratmaq mümkün olacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler