» » Ömrü necə uzatmaq mümkündür?

Ömrü necə uzatmaq mümkündür?

Bölmə: MARAQLI
Ömrü necə uzatmaq mümkündür?
İsveçli alimlər insanın ömrünü uzadan başlıca faktorları müəyyən ediblər.

Xalqinfo.az-ın Novator.az-a istinadən məlumatına görə, siyahıya siqaretdən imtina, müntəzəm fiziki iş, spirtli içkiyə məhdudiyyət və balanslı diyet daxildir.

Alimlərin tədqiqatları “Journal of İnternal Medicine” elmi jurnalında dərc olunub. Məqalədə bildirilir ki, sağlam həyat tərzi üçün həftədə 150 dəqiqə fiziki işlə məşğul olmaq, gündə 60 qramdan artıq alkoqol qəbul etməmək, siqaret çəkməmək, düzgün qidalanmaq tövsiyə olunur. Alimlər bu qənaətə gəliblər ki, insan bu dörd şərtə əməl etməklə öz ömrünü 4,1 ildən 4,9 ilə qədər uzada bilər.

Tədqiqatın nəticələri 45 yaşdan 83-yaşa qədər 33 min kişi və 30 min qadın üzərində aparılan müşahidələrə əsaslanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler