» » Alman ekstrasensin qorxulu proqnozu Merkeli şoka saldı

Alman ekstrasensin qorxulu proqnozu Merkeli şoka saldı

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Alman ekstrasensin qorxulu proqnozu Merkeli şoka saldı
Ezoterik filosof və “Aqni-Yoqi” kitabının müəllifi Yelena Rerixi təkcə Rusiyada deyil, bütün dünyada tanıyırlar.

Xalqinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Esoreiter” İnformasiya-İdrak portalında yerləşdirilmiş məqalədə bildirilir.

Məqalədə deyilir ki, o, gələcəklə bağlı fövqəldəqiq öncəgörmələrinə görə tanınır. Ancaq onun Almaniyanın gələcəyi ilə bağlı proqnozları ölkənin federal kansleri Angela Merkelə yalnız bu günlərdə məlum olub. Danışırlar ki, Merkel bundan sonra sakitləşdirici dərman qəbul etməli olub. Özünün “Canlı etika” kitabında Y.Rerix aydın şəkildə yazıb ki, XXI əsrdə beynəlxalq arenada baş verəcək istənilən hadisə Rusiyanın istəyi ilə təşəkkül tapacaq. Çünki bu ölkə Yer kürəsinin dini mərkəzidir, ali güclər tərəfindən müəyyənləşdirilib. Buna görə də bütün səy göstərənlər, məsələn Almaniya öz əhəmiyyətini qonşu superdövlətin hesabına qaldırarkən mops cinsindən olan itin gülməli şəkildə filə hürməsinə bənzəyəcək.

Buna baxmayaraq, Rerix yazır ki, Almaniya 2025-ci ilədək Rusiyaya quyu qazmağa çalışacaq, bununla da ancaq rüsvay olacaq. Bundan sonra daim axmaq vəziyyətlərə düşməyə başlayacaq və Avropada siyasi və iqtisadi əhəmiyyətini daha da itirəcək. Nəhayət, Almaniya kukla teatrında baş kukla rolu oynadığını anlayacaq və hətta Rusiyaya yalvaracaq ki, onu öz tərkibinə daxil etsin. Bunu da onunla arqumentləşdirəcək ki, Rusiya Federasiyasında çoxlu etnik alman yaşayır və buna görə də superdövlətin tərkibində xüsusi alman regionunun olması hamı üçün ancaq xeyirli ola bilər.
Yeri gəlmişkən, bir qədər öncə sosial şəbəkədə belə bir informasiya yayıldı ki, Almaniyanı feodal parçalanma – ayrıca knyazlıqlara bölünmə gözləyir. Bu barədə ekstrasens Qriqori Qrabavoy yazıb. Nə edək, bəlkə də Almaniyanın hazırkı rəhbərliyin ağılsız siyasəti üzündən bu ölkə 2025-ci ilədək qismən Rusiyaya birləşməyə başlayacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler