» » Stress artıq çəki yaradır

Stress artıq çəki yaradır

Bölmə: MARAQLI
Stress artıq çəki yaradır

Kədərli, gərgin və əsəbi keçən bir gün insan bədənində artıq çəkiyə səbəb olur.


Tədqiqatlara 50 yaşdan yuxarı 58 könüllü qadın cəlb olunub. Alimlər əvvəlcədən hər bir qadının qanında şəkərin, insulinin, kortizol və triqliseridlərin miqdarını ölçüblər, stressin səviyyəsini müəyyən ediblər, habelə metabolik sürəti hesablayıblar. Sonra onlara tərkibi 930 kalori və 60 qram yağ olan (gündəlik normadan artıq) yemək verilib. Yeməkdən sonra onlardan yenidən analizlər götürülüb.

Tədqiqatlar son bir sutka ərzində stress keçirən qadınlarda qıdanın səmərəsinin az olduğunu üzə çıxarıb. Xüsusilə, onlarda yağların oksidləşməsi əhəmiyyətli dərəcədə aşağı olub. Məlum olub ki, yeyilmiş qida enerji vermək əvəzinə artıq çəki yaradır.

AzərTac

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler