» » Ən sülhsevər ölkələrin adları açıqlandı

Ən sülhsevər ölkələrin adları açıqlandı

Bölmə: MARAQLI
Ən sülhsevər ölkələrin adları açıqlandı
Londonun İqtisadiyyat və Sülh İnstitutu 163 ölkənin təhlil edildiyi illik “Qlobal sülhsevərlik indeksi”ni (“Global Peace Index”) dərc edib.

Xalqinfo.az Life.ru-ya istinadən xəbər verir ki, tədqiqat zamanı alimlər bu dövlətlərdə iqtisadi və siyasi sabitliyi, insan haqlarına riayət edilməsi, terror təhdidi və silahlı münaqişələri nəzərə alıblar.

Sülhsevər ölkələrin siyahısında doqquzuncu dəfədir ki, İslandiya lider olur. Siyahıda daha sonra Yeni Zelandiya, Portuqaliya, Avstriya və Danimarka yer alır. Rusiya 2016-cı ildə olduğu kimi, bu il də 163 ölkə arasında 151-ci yeri tutub.

Siyahının autsayderi Suriya olub. Ondan daha yüksək pillələrdə Əfqanıstan, İraq, Cənubi Sudan və Yəmən yer alıb.

İndeksə görə, mənfiyə doğru gözəçarpacaq dəyişikliklər Şimali Amerikada baş verib, ABŞ 11 pillə geriləyərək 114-cü yerdə qərarlaşıb. Avropa ən dinc region olaraq qalır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler