» » İnsan dişli balıq

İnsan dişli balıq FOTO

Bölmə: MARAQLI
İnsan dişli balıq
Rusiyanın Arxangelsk vilayətində insan dişinə sahib olan bir balıq yaxalanıb.
Rus balıqçısı Aleks Korobov (50) tərəfindən yaxalanan insan dişli balıq Rusiya Balıqçılıq və Dəniz Elmləri İnstitutu tərəfindən də araşdırmağa başlandı. Balığı cənubi Dvina çayında tutan balıqçı Aleks onu ilk dəfə görəndə təəccübləndiyini xatırlayır. İnsan kimi dişləri olan balığı dostlarına göstərən Aleks öncə şəkilləri çəkib. Balıqçı tutduğu balıqla öyünməklə kifayətlənməyib.

Bununla yanaşı, dərhal balığı araşdırılması üçün Rusiya Balıqçılıq və Dəniz Elmləri İnstitutuna aparıb. Mütəxəssislər isə bildiriblər ki, bu balıq pirana ailəsindəndir. Amma kinolarda gördüyümüz kimi ət yox, ot yeyən cinsdən. Mütəxəssislər həmçinin bu balığın böyük ehtimalla çaya atılmış tropikal bir nümunə olduğunu da bildiriblər. Lenta.ru saytının yazdığına görə, Aleksin tutduğu balıq Rusiyanın Arxangelsk vilayəti ilə Çernobıldan təxminən 1300 kilometr uzaqlıqda yerləşir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler