» » İmişlidə qədim yaşayış məskəni aşkarlanıb

İmişlidə qədim yaşayış məskəni aşkarlanıb

Bölmə: MARAQLI
İmişlidə qədim yaşayış məskəni aşkarlanıb
İmişli rayonunda 2500 il yaşı olan qədim yaşayış məskəni aşkarlanıb

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, rayonun Qızılkənd kənd sakini Məmmədağa Rüstəmov tərəfindən gümüş sikkələrin tapılmasından sonra əraziyə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları cəlb olunub.

Bir neçə gündür aparılan arxeoloji qazıntılar zamanı ərazidə qədim yaşayış məskəni aşkarlanıb. Burada müxtəlif əşyalar, insan skeletinin tapılması tarixi abidənin Makedoniyalı İsgəndərin dövrünə aid olmasından xəbər verir. İnsan skeletinin yanında saxsı qablar, heyvan sümükləri də tapılıb.

Bundan başqa, həmin ərazidə gildən hazırlanmış tütək, ox ucluqları, qılınc dəsti, sikkələr və digər əşyalar aşkarlanıb.
Mütəxəssislərin Zilitəpə adlandırdıqları yaşayış məskəninin tarixi 2500 ilə gedib çıxdığı, həmin təpənin bundan əvvəl aşkar edilmiş Muxurtəpə, Qızıltəpə və Bəhrəmtəpə kimi qədim yaşayış məskənləri ilə əlaqəsi olduğu bildirilir.

Qeyd edək, ki, mütəxəssislərin Zilitəpə adlandırdığı yaşayış məskəni 4 hektar ərazini əhatə edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler