» » Bakıda qəbristanlığı fermaya çevirdilər

Bakıda qəbristanlığı fermaya çevirdilər

Bölmə: MARAQLI
Bakıda qəbristanlığı fermaya çevirdilər
Bakının ən böyük qəbiristanlıqlarının birini fermaya çeviriblər.

Xalqinfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Keşlə qəbirstanlığından gedir.

Sahibkar qəbiristanlıqda döyüş xoruzları saxlayır. Təsərrüfat sahibi kefi istəyəndə qəbirlərin yanında xoruzları döyüşdürür. Qəbiristanlığın müdiri isə verdiyi açıqlamalarla özünü gülməli vəziyyətə qoyub. “Həzi Aslanov” metrosunun yaxınlığındakı qəbiristanlıqda isə qoyun saxlanılır. Döyüşkən xoruzlar qəbirlərin üstündə gəzir, yaxud qəbirlərin arasında döyüşürlər. Qəbristanlığın içində döyüş xoruzları saxlayan şəxs kefi istəyəndə onları elə burda da döyüşdürür. Xoruzların sahibi müsahibə vermək istəmir. Öz yerinə qəbiristanlığın müdirini qabağa verir. Müdir isə vəziyyətdən narahat olduğunu xoruzu saxlayanın öz yanında etiraf edir. Amma müdir bunu açıqlamır ki, niyə xoruzların qəbiristanlıqda saxlanılmasına icazə verib…

“Həzi Aslanov” metrosunun yaxınlığındakı qəbristanlıqda isə bir nəfər qoyun saxlayır. Qəbirlərin 1 metrliyində qoyun peyini tökülüb, ətrafdan üfunət iyi gəlir. Lakin qoyunları saxlayan adam burda bir qəbahət görmədiyini deyir və əsassız arqumentlər gətirir. Deyir ki, qoyunların peyinlərindən ölü yiyələrinə də verir ki, əkdikləri gül və ağacların dibinə töksünlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler