Hansı bürc necə ana olur? - Qızlar, oxuyunBölmə: MARAQLI
Qızlar, gələcəkdə necə ana olacağınızı bilmək istəyirsiniz? Xalqinfo.az metbuat.az-a istinadən xəbər verir ki, bürcünüz gələcəkdə necə ana olacağınızdan xəbər verir. Qoç - Uşağını cəsarətləndirəcək, inam yaradacaq, motivasiya edəcək. Həyatda hər şeyi edə biləcəyini öyrədəcək. Qoç qadının sayəsində uşaq hər zaman güclü, özünə inanan, azad biri olacaq. Buğa - Sahibləyici, qoruyucudur. Tez əsəbləşməməyi və səbrli olmağı buğa bürcü qadınından öyrənə bilərsiniz. Övladının sağlam qidalanması üçün əlindən gələni edəcək. Əkizlər - Uşağın zehni inkişafının, əl qabiliyyətinin inkişafı üçün çalışacaq. Xərçəng - Şəfqətli, həddindən artıq qoruyucu, ləzzətli yeməklər bişirən bir ana olacaq. Uşağına, ailəsinə bağlı... Şir - Uşağının gözündə həmişə kraliça olmaq istəyir. Ona inamla dik durmağı aşılayan, qürurunun nə qədər önəmli olduğunu öyrədən ana olacaq. Qız - Qabiliyyətli, bacarıqlı, bir o qədər də şübhəçi bir ana olacaq. Tərəzi - Çox sakit təbiətə malikdir. Uşağına qarşı ədalətli, adil olmağı öyrədəcək. Əqrəb - Prinsiplərindən asanlıqla imtina etməyən qadındır. Uşağına kiçik yaşlarından güclü olmağı, həyatın çətinlikləri ilə mübarizə aparmağı öyrədəcək. Oxatan - İnancı qüvvətli, həyata həmişə müsbət tərəflərindən baxan, uşaqlarına güclü olmağı öyrədən, azadlığın hər şeydən önəmli olduğunu aşılayan ana olacaq. Oğlaq - Güclü, sirrinizi paylaşa biləcəyiniz bir qadındır. Uşağına qayda-qanunu, düzgün həyat tərzini kiçik yaşlarından öyrədəcək. Dolça - Uşağına humanizmi, insan hüquqlarının nə qədər önəmli olduğunu aşılayacaq. Sərbəst ruhlu uşaq yetişdirəcək. Balıqlar - Fədakar, həssas, mərhəmətlidir. Uşağına ilk növbədə, mərhəmətli olmağın, başqalarına yardım etməyin önəmli olduğunu öyrədəcək. Leyla Həsənova |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|