İnfarkt anında hansı 6 hərəkət edilməlidir?Bölmə: MARAQLI
İnfarkt, xalq arasında damarlarda kirəclənmə olaraq bilinən ateroskleroz adlı xəstəliyin nəticəsində daralmış damarın tam tıxanması nəticəsində meydana gəlir. Sinədə təzyiq və yanma başlayır. Bu ağrı və yanma zamanla boyun, alt çənə, kürək və sol qola yayılır. Xalqinfo.az deyerler.org-a istinadən bildirir ki, eyni zamanda tərləmə və ürəkbulanması da baş verə bilər. İnfarktda aşağıdakı addımlar çox əhəmiyyətlidir: 1. Mütləq təcili yardıma xəbər verilməlidir. 2. Otaqda qapı və ya pəncərə açılaraq oksigen artırılmalıdır. 3. Aspirin bir stəkan su ilə içilməlidir. Bunun xaricində qətiyyən heçnə içilmək olmaz. 4. İnfarkt əsnasında ürək damarındakı axın yavaşlayır və ölümcül ritmlər meydana gələ bilər. Qüvvətli öskürək müvəqqəti olaraq qan axınını artırır və ritmi normada saxlaya bilər. 5. Xəstəni soyuq ya da isti suyun altına qətiyyən salmaq olmaz. Xüsusilə soyuq, ürək damarlarını yığa bilər və vəziyyəti daha da çətinləşdirə bilər. 6. Oturaq ya da uzanıqlı halda yardım gözləmək lazımdır. Ayaqüstə gözləmək infarkt anında ani ritm və təzyiq dəyişikliklərinə səbəb ola bilər. Bu isə, bir çox problemlərə səbəb olar. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|