» » Android-də yeni təhlükələr var

Android-də yeni təhlükələr var

Bölmə: MARAQLI
Android-də yeni təhlükələr var
"Google" şirkəti 2015-ci ildə "Android 6.0 Marshmallow" mobil əməliyyat sistemini istifadəyə verməklə başqa proqramlar üzərindən müxtəlif xəbərdarlıqlar göstərmə funksiyasını əlavə etmişdi.

Amma "Check Point" şirkətinin mütəxəssisləri aşkar ediblər ki, "Android 6.0.1 Marshmallow" və yeni versiyaların idarəsi altında işləyən bütün qurğular (38,3%) fırıldaqçıların hücumlarına qarşı dayanıqsızdır. "Google" şirkəti məsələdən xəbərdardır və bildirib ki, problem yalnız "Android" sisteminin növbəti versiyasında öz həllini tapacaq.

Xalqinfo.az ICTnews-a istinadən bildirir ki, problem başqa proqramlar üzərindən informasiya göstərən tətbiqlərlə bağlıdır. Bunun üçün istifadəçi qurğunun sazlamalarında proqramlara müvafiq icazəni verən "SYSTEM_ALERT_WINDOW" seçimini aktivləşdirməlidir. "Android 6.0" sisteminin çıxarılmasından sonra bir çox populyar proqramların tərtibatçıları istifadəçilərin çoxsaylı şikayətləri ilə üzləşiblər, çünki sonuncular yuxarıda deyilən icazəni necə aktivləşdirməyi, sadəcə, bilmirdilər. Nəticədə "Google" bu funksiyanı başlanğıc ayar kimi aktivləşdirib və fırıldaqçılar bu imkandan istifadə etməyə qərar veriblər.

Nəticədə cinayətkarlar "Google Play" və "Android" üçün başqa proqramlar mağazasında bütün pəncərələrin üzərindən müxtəlif xəbərdarlıqlar göstərən proqramlar yerləşdirə bilərlər. Mütəxəssislər yalnız yoxlanılmış proqramları yükləməyi tövsiyə edirlər. Həmçinin etibarsız mənbələrdən proqram təminatı yükləmək məsləhət görülmür.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler