» » Sarıkök sümükləri möhkəmləndirir

Sarıkök sümükləri möhkəmləndirir

Bölmə: MARAQLI
Sarıkök sümükləri möhkəmləndirir
Sarıkökün bir çox faydalı və müalicəvi xüsusiyyətləri vardır. Bu populyar ədviyyatın tərkibində olan "kurkumin" adlı maddə güclü iltihab, antisklerotik və xərçəngəleyhinə təsirə malikdir.

Xalqinfo.az saglamolun.az-a istinadən bildirir ki, son elmi araşdırmalar sarıkökün sümüklərin sağlamlığı üçün olduqca faydalı olduğunu təsdiq edib.

Sarıkök sümük toxumasının sıxlığını artırmaq qabiliyyətinə malikdir.

Bunu Genuya Universiteti (İtaliya) alimləri araşdırmalar nəticəsində aşkar ediblər.

Eksperiment zamanı 6 ay ərzində orta yaşı 70 olan bir qrup insanlar tərkibində sarıkök olan qida əlavələri qəbul edirdi. Araşdırmadan əvvəl və 6 ay sonra bu insanlarda sümük toxumasının sıxlığı ölçülürdü. Məlum olub ki, eksperimentin sonunda iştirakçılarda sümük toxumasının sıxlığı 7% artıb.

İnsan yaşlaşdıqca sümük toxuması "əriməyə" başlayır ki, bu da osteoporozun inkişafına səbəb olur. Osteoporozun inkişafı gizli gedir və insan bunu hiss etmir. Osteoporoz çox ciddi ağırlaşmalar verir. Bud sümüyünün boynunun sınığı osteoporozun ən ciddi ağırlaşması sayılır ki, bu travma yaşlı insanlarda əlilliyə və hətta ölümə səbəb ola bilər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler