» » Uşağa səhvən atasının adı qoyuldu

Uşağa səhvən atasının adı qoyuldu

Bölmə: MARAQLI
Uşağa səhvən atasının adı qoyuldu
Öz həyatını gündəlik formasında və maraqlı bir mizahla oxuculara təqdim edərək böyük şöhrət qazanan türk yazar Pucca bu dəfə də başına gələn hadisə ilə sevənlərini güldürə bilib.

"Xalqinfo” xəbər verir ki, yazarın bir neçə həftə əvvəl oğlu olub və həyat yoldaşı ilə birlikdə adını Batı qoymaq qərarına gəliblər. Hətta yoldaşı Osman uşaq doğulmazdan öncə qoluna Batı döyməsi də vurdurub.

Cütlük dünən uşağın adını rəsmiləşdirmək üçün qeydiyyat şöbəsinə gedib. Ancaq kiçik bir yanlış anlaşılmazlığa görə uşağa səhvən ata adı yazdırılıb. Pucca instaqram səhifəsində hadisəni belə izah edib:

“Ana və ata olaraq çox həyəcanlıydıq ki, birdən uşağın adını Batı yox, Batu yazarlar. Sonra həyat yoldaşıma “adını yaz” deyib. Saf Osman da öz adını soruşduqlarını zənn edib və Osman Karagöz yazıb. Adam bir neçə dəfə “əminsinizmi? deyə soruşub, Osman əsəbi halda “hə” deyib. Və beləliklə oğlumuzun adı Osman Karagöz oldu. Hətta dəyişdirə bilmirik, gərək məhkəməyə müraciət edək. Əziz oğlum, sən bu valideynlərlə neyləyəcəksən?!”

Xatırladaq ki, yazarın kitabları qısa müddət ərzində bestseller olub, kitabın əsasında baş rolda Murat Bozun da oynadığı “Hadi İnşallah” filmi çəkilib.

Uşağa səhvən atasının adı qoyuldu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler