» » “Facebook”dan növbəti yenilik:

“Facebook”dan növbəti yenilik: Xarici dil bilməmək problem olmayacaq

Bölmə: MARAQLI
“Facebook”dan növbəti yenilik:
Yeni inkişaf etdirilən süni zəka texnologiyası sayəsində “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin paylaşımları 9 müxtəlif dilə sürətli tərcümə olunacaq.

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, “Facebook”dan verilən rəsmi açıqlamada şirkətin hazırda 45 fərqli dildə tərcümə xidməti təqdim etdiyi bildirilib.

Şirkətin mühəndislərinin sözlərinə görə, CNN adı verilən sistem üsulu ilə insan beyninə bənzəyən süni sinir sistemi inkişaf etdirilir.

Sözügedən yeni texnologiyanın köməyi ilə paylaşımlar daxilindəki sözlər yox, bütöv bir cümlə sürətli şəkildə tərcümə olunacaq. Bura müxtəlif dillərdə olan sabit söz birləşmələri də daxildir.

“Facebook” bu yenilik vasitəsilə dünya miqyasında istifadə olunan dilləri və müxtəlif dövlətlərin vətəndaşlarını bir-birinə yaxınlaşdıracaq.

Yeni texnologiya sayəsində “Facebook” istifadəçiləri paylaşdıqları mesaj və videomaterialları istədikləri dildə qoya biləcəklər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler