» » Milyarder sərvətini baxın hara xərclədi

Milyarder sərvətini baxın hara xərclədi

Bölmə: MARAQLI
Milyarder sərvətini baxın hara xərclədi
Norveçli iş adamı Kjell İnge Roekke 2 milyard olduğu təxmin edilən sərvətinin böyük bir hissəsini okeanlara bağışlayıb.

Xalqinfo.az xəbər verir ki, o bağışlayacağı pullarla okeanların plastik materiallardan təmizlənməsini təşkil edən bir gəmiyə dəstək verəcək. Gəmi Dünya Təbiəti Qoruma Vəqfi ilə birlikdə işləyir.

Əvvəl sadə bir balıqçı olan, sonra daxil olduğu neft sektorunda uğur qazanıb milyonlar əldə edən K.Roekke gəlirinin bir hissəsini cəmiyyətə geri qaytarmaq istədiyini deyib. Norveçin “Aftenposten”qəzetinə açıqlama verən milyarder qazancının böyük bir hissəsini geri qaytarmaq istədiyini və gəminin də bunun bir parçası olduğunu bildirib.

Araşdırma gəmisi okeandan 5 ton plastik məhsul çıxaracaq.

“Dünyanın 70 faizi dənişlərdən ibarətdir və hələ də, çoxu araşdırılmayıb”, - deyən milyarder bu araşdırmalar üçün nə qədər bağışlayacağını açıqlamayıb.
Roekke və həyat yoldaşı elmi araşdırma ilə məşğul olan alimlərə burs verir, milyonlarının bir hissəsini də bu iş üçün ayıracaq.

Qeyd edək ki, “Mcrosoft”un qurucusu Bill Geyts və həyat yoldaşı Melinda da sərvətlərinin 95 faizini bağışlayacaqları ilə bağlı açıqlama veriblər. Onların dəstək olacağı məsələ qlobal istiləşməyə qarşı sağlamlıq məsələləridir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler