» » 600 kq çəkisi var, əməliyyat olunacaq -

600 kq çəkisi var, əməliyyat olunacaq - Dünyanın ən kök adamıdır

Bölmə: MARAQLI
600 kq çəkisi var, əməliyyat olunacaq -
Dünyanın ən kök adamı mayın 9-da mədəsinin şuntlanması üzrə əməliyyat olunacaq. 600 kiloqram çəkisi olan 32 yaşlı meksikalı Juan Pedro Franko artıq 7 ildir ki, yatağından qalxa bilmir. O, Qvadalaxara şəhərindəki klinikaya xüsusi furqonla gətirilib.

"Xalqinfo" AzərTac-a istinadla xəbər verir ki, həkimlər əməliyyatdan sonra Juan Pedro Frankonun çəkisinin azı iki dəfə azalacağına ümid edirlər. O, cərrahi müdaxiləyə hazırlıq zamanı 3 ay sərt pəhriz saxlayaraq 175 kiloqram arıqlayıb.

Meksikalı hələ uşaq vaxtından kökəlməyə başlayıb. Artıq 6 yaşında çəkisi 60 kiloqrama çatan Juan Pedro avtomobil qəzası və ağır pnevmoniyadan sonra bir il yataq xəstəsi olub. Bu müddətdə onun çəkisi 220 kiloqrama çatıb. Ötən il xəstəliklərinin üzərinə diabet də gəlib.

Juan Pedro həkimlərin onu normal həyata qaytaracağına və yenidən rəqs edəcəyinə, həmçinin sükan arxasında oturacağına inanır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler