» » 59 ildir ki, ağzından gülü çıxarmır… şok səbəb!

59 ildir ki, ağzından gülü çıxarmır… şok səbəb!

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
59 ildir ki, ağzından gülü çıxarmır… şok səbəb!



Xalqinfo.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində yaşayan 86 yaşlı Ali Rza Karan adlı şəxs siqareti atmaq üçün ağzına aldığı gülü 59 ildir ağzından düşürmür. Orhanqazi bölgəsinə bağlı olan Kəramət kəndidə yaşayan Ali Rza Karan 27 yaşına qədər siqaret çəkib. Çəkdiyi siqaretlərin ona zərər verdiyini hiss edən Karan siqareti atmaq qərarı verib. Bağlılıq yaratdığı siqareti atmaq məsələsində ilk mərhələdə əziyyət çəkdi. Amma siqareti unutmaq üçün ağzına gül aldı.

59 yıldır ağzından gülü çıkaramıyor Öyle bir sebebi var ki...

Daha sonra bu gülə o qədər öyrəşdi ki, tam 59 ildir ki, gülü ağzından yerə düşürmür. Yay aylarında gülləri özü və qonşularının bağçalarından qoparan Karan qış fəslində də gül tapmaq üçün hər ay Yalovaya gedir. Qış aylarında Yalovadan bir dənəsi 8 liradan, 4 ədəd gül alan Karan 1 gülü bir həftə boyunca ağzında daşıyır.

Ağzında gül daşımağa siqareti atmaqla başlayan 87 yaşındakı Ali Rza Karan deyib ki, “27 yaşımda çəkdiyim siqaretin mənə ziyan verdiyini düşünərək siqareti atdım. Bağlılığım olduğu üçün çox çətin idi. Siqareti atmaq üçün çarələr axtarmağa başladım. Siqareti unudaram deyə ağzıma gül qoymağa başladım. Tam 59 ildir ki, ağzımdan gülü heç ayırmıram. Yay aylarında gülləri bağçamdan təmin edirəm. Qışda isə gül almaq üçün hər ay Yalovaya gedirəm. Bir gül bir həftə boyunca ağzımda olur. Hər həftə ağzıma yeni bir gül alıram. Kənddən çıxıb bir yerə gedəndə məni tanımayanlar qəribə şəkildə baxaraq, niyə ağzımda gül daşıdığımı soruşurlar. Mən də onlara nə üçün ağzımda gül daşıdığımı deyirəm. Mən bu gülü ancaq öləndə atacam”.

59 yıldır ağzından gülü çıkaramıyor Öyle bir sebebi var ki...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler