» » Qan azlığından əziyyət çəkənlər oxusunlar!

Qan azlığından əziyyət çəkənlər oxusunlar!

Bölmə: MARAQLI
Tərkibində mineral duzlar, vitaminlər, üzvi turşular və zülalları parçalayan maddələr olan çuğundur insan orqanizmi üçün çox faydalıdır.

Çuğundurun özünü yeyə bilməyənlər şirəsini içə bilərlər. Ürəkbulanmanın baş verməməsi üçün çuğundur şirəsini çəkəndən sonra bir az soyuducuda saxlayıb sonra içmək lazımdır.

Çuğundurun faydalarını saymaqla bitməz. Bu tərəvəz həzmi yaxşılaşdırır, mikrobları öldürür, ürəyin işini tənzimləyir, trombların yaranmasının qarşısını alır.

Qan azlığından əziyyət çəkənlər oxusunlar!
Tərkibindəki maqnium sayəsində təzyiqin aşağı salınmasına kömək edir.

Qalxanabənzər vəzin xəstəliklərində faydalıdır. Tərkibi yodla zəngin olduğu üçün zobdan əziyyət çəkənlər üçün əvəzolunmaz dərmandır.

Qırmızı çuğundurun tərkibi antioksidantlarla zəngindir, qırmızı çuğundura rəngini verən piqmentlər xərçəngə qarşı mübarizədə təsirlidir.

A, B, C və P vitaminləri ilə zəngin olan bu tərəvəz qanazlığının dərmanıdır. Qanazlığından əziyyət çəkənlər bu tərəvəzi gündəlik menyularına daxil etməlidirlər. Salatlarda istifadə etmək çox yararlıdır. Bəzi ölkələrdə onu “qan meyvəsi” adlandırırlar. Bu da səbəbsiz deyil. Kök suyu ilə qarışdırılan qırmızı çuğundur suyu içildiyində qırmızı qan hüceyrələrinin sayını qısa zamanda çoxaldır.

Çuğundur eyni zamanda fosfor, dəmir, mis, maqnezium, kalsium, brom, sink və manqanla zəngin olub, immun sistemini gücləndirir.

Xüsusilə, soyuq qış aylarında qırmızı çuğundurla qidalanmaq orqanizmin müqavimətini artırır.

Çuğundur suyu təzyiqə qarşı da təsirlidir. Bir stəkan çuğundur suyu içmək təzyiqi aşağı salır. Müntəzəm olaraq bu tərəvəzdən istifadə edən insanların təzyiqi nizamlanır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler