» » Makron özündən böyük xanımı ilə satirik jurnalın hədəfi oldu -

Makron özündən böyük xanımı ilə satirik jurnalın hədəfi oldu - Foto

Bölmə: MARAQLI
Makron özündən böyük xanımı ilə satirik jurnalın hədəfi oldu -
Fransız satirik jurnalı “Charlie Hebdo” Fransada prezidentliyə namizəd Emmanuel Makronla həyat yoldaşı Bricit Tronyenin karikaturasını dərc edib.

Xalqinfo”nun “Ria Novosti”yə istinadən məlumatına görə, jurnalın rəsmi saytında yerləşdirilən foto “Günün şəkli” başlığı ilə çıxıb.
“İrəli” hərəkatının lideri mavi fonda, xanımı isə ön planda təsvir olunub. O, rəsmdə ərinə “Mənim pişiyim, sukeçirməyən kurtkanı geyin!” müraciətini edib.

E. Makron Bricitlə 2007-ci ildə ailə qurub.

O, əyat yoldaşından nə az, nə çox 24 yaş kiçikdir. Onların sevgi tarixi də xüsusi diqqət çəkir. Emmanuel 17 yaşında müəlliməsinə (hazırkı həyat yoldaşı) aşiq olub. Müəlliməsi Bricit Tronye isə həmin vaxt evli olub. Gənc namizəd illər keçsə də, sevgisi uğrunda mübarizəsini davam etdirib. Və o, evlənmək üçün müəlliməsinin boşanmasını gözləyib.

Hazırda Fransada prezident postuna ən real namizədin 39, həyat yoldaşının isə 56 yaşı var.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də keçirilib. İkinci mərhələ isə mayın 7-də olacaq.

Makron özündən böyük xanımı ilə satirik jurnalın hədəfi oldu -
Makron özündən böyük xanımı ilə satirik jurnalın hədəfi oldu -
Makron özündən böyük xanımı ilə satirik jurnalın hədəfi oldu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler