» » “Instagram”dan möhtəşəm yenilik

“Instagram”dan möhtəşəm yenilik

Bölmə: MARAQLI
“Instagram”dan möhtəşəm yenilik
“F8” konfransında çıxış edən “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq “Instagram”a offlayn versiyanın əlavə ediləcəyini açıqlayıb.

Xalqinfo.az “Technote”yə istinadən xəbər verir ki, yeni xüsusiyyət ilə istifadəçilər internet bağlantısı olmadıqda belə tətbiqi istifadə edə biləcək və hazırkı məzmun, profil və bildirişləri görə biləcəklər.

Bəyənmə, izləmə və şərh yazmaq kimi əsas xüsusiyyətlər də offlayn versiyada istifadə ediləcək.
İnternet qoşulması yox ikən edilən bütün bu əməliyyatlar offlayn olaraq qeyd ediləcək və internetə qoşulduğu anda avtomatik olaraq yenilənəcək.

Hələlik, sadəcə, “Instagram”ın “Android” tətbiqindəki beta istifadəçiləri tərəfindən istifadə edilə bilən offlayn modu qarşıdakı aylarda hər kəs üçün istifadəyə təqdim ediləcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler