» » Analıq məzuniyyəti var idi, atalıq məzuniyyəti də olacaq

Analıq məzuniyyəti var idi, atalıq məzuniyyəti də olacaq

Bölmə: MARAQLI
Analıq məzuniyyəti var idi, atalıq məzuniyyəti də olacaq
Çexiya Senatı yeni doğulmuş körpələrə qulluq etmək üçün atalara birhəftəlik ödənişli məzuniyyətin verilməsi imkanı barədə qanun layihəsini aprelin 19-da təsdiq edib.

Xalqinfo.az xəbər verir ki, əgər ata, yaxud məhkəmənin uşaq üzərində təyin etdiyi qəyyum buna qədər tibbi sığorta üçün ödənişlər edibsə, ona analıq məzuniyyətində olan qadınlar kimi məvacibinin baza hissəsinin 70 faizi ödəniləcək.

Hökumətin fikrincə, maliyyə dəstəyinin bu növü valideynlərlə uşaqlar arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək və kişiləri uşaqlara qulluq prosesinə qoşulmağa sövq edəcək.

Ödənişli məzuniyyət hüququ doğum haqqında şəhadətnamədə adı körpənin atası kimi qeyd olunmuş, yaxud məhkəmə tərəfindən uşağın qəyyumu təyin edilmiş kişilərə veriləcək. (Azərtac)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler