» » Səmadan TƏHLÜKƏ yaxınlaşır -

Səmadan TƏHLÜKƏ yaxınlaşır - Qitəni dağıda bilər

Bölmə: MARAQLI
Səmadan TƏHLÜKƏ yaxınlaşır -
Eni 500 metrə yaxın olan JO25 asteroidi Yerə yaxınlaşır. O, aprelin 20-nə keçən gecə planetimizdən 1,8 milyon kilometr məsafədən keçəcək.

Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, NASA-nın xarici KİV-lərdə yayılan məlumatına görə, bu, müvafiq kosmik cismin son 400 ildə Yerə maksimum yaxınlaşma məsafəsidir.

NASA-da qeyd edirlər ki, JO25 Yer kürəsində həyat üçün potensial təhlükə yaradan kosmik cisimlər siyahısına daxil olunsa da, planetə real təhdid təşkil etmir. Mütəxəssislərin fikrincə, əgər bu böyüklükdə asteroid Yerlə toqquşsa, hətta okeana düşsə belə, qitələrdən birini tamamilə dağıda bilər.

Asteroid rekord yüksək sürətlə (saniyədə 33, saatda 120 min kilometr) uçacaq. Yerə yaxınlaşma anında parlayan səthi sayəsində onu çox da böyük olmayan teleskopla da görmək mümkün olacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler