» » “Apple”in 2075-ci illə bağlı –

“Apple”in 2075-ci illə bağlı – PROQNOZU

Bölmə: MARAQLI
“Apple”in 2075-ci illə bağlı –
Növbəti istirahət günlərində “Silicon Valley Comic Con” sərgisi keçiriləcək. Bu tədbirin təşkilatçısı dünyada tanınmış ixtiraçı və “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyakdır.

Xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, sərgi ərəfəsində “USA Today” nəşrinə verdiyi müsahibəsində yaxın 58 illə bağlı öz proqnozunu səsləndirib.

Voznyak belə düşünür ki, 2075-ci ilədək indiki səhraların ərazisində gələcəyin şəhərləri ucaldılacaq və ev problemi aradan qalxacaq.

“Apple”ın həmtəsisçisi insanların süni intellektlə qarşılıqlı əlaqədə olacağına əmindir.
Pasiyentlərə həkimə müraciət etmədən diaqnoz qoyulacaq və müalicə üçün reseptlər yazılacaq.

Voznyakın fikrincə, Mars planetində ağır sənaye yerləşdiriləcək, ABŞ isə yaşayış sektoru olacaq. Stiv Voznyak, həmçinin əmindir ki, 2075-ci ildə “Apple”, “Google” və “Facebook” kimi nəhənglərin miqyası daha da genişlənəcək.

“Apple korporasiyası 1911-ci ildə təsis edilmiş “IBM” kimi uzun müddət fəaliyyət göstərəcək. Son maliyyə rübünün nəticəsinə görə, “Apple”ın kapitalı 246,1 milyard dollardır.

Bu korporasiya bir çox sahələrə sərmayə yatıra bilər. 2075-ci ildə “Apple” şirkətinin fəaliyyətinə xitam verilməsini düşünmək gülməli səslənir.

Eyni sözlər “Google” və “Facebook” şirkətlərinə də aiddir”, - deyə Stiv Voznyak bildirib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler