» » Misirdə fironlar dövrünə aid türbə tapıldı

Misirdə fironlar dövrünə aid türbə tapıldı

Bölmə: MARAQLI
Misirdə fironlar dövrünə aid türbə tapıldı
Misirdə arxeoloji qazıntı işləri zamanı fironlar dövrünə aid türbə aşkar edilib.

Xalqinfo.az xəbər verir ki, Nil çayının qərb sahəlindəki Luksor şəhərində tapılan və qədim Misirin kübar təbəqəsinə aid türbədə 1000-dən çox heykəl və 10 sarkofaq olub.

Ekspertlərin qənaətinə görə, türbə o dövrün hakimlərinin biri üçün inşa edilib və eramızdan əvvəl 1500-1000 illərə, Yeni Krallıq dövrünə təsadüf edir.

Türbə iki zaldan ibarətdir. Birində dörd, digərində isə altı tabut olub. Arxeoloji missiyanın başçısı Mustafa əl-Vəziri həmçinin müxtəlif sülalələrin fironlarını təsvir edən heykəllərin olduğu digər zalın da tapıldığını açıqlayıb. O, qazıntı işlər davam etdikcə daha çox heykəllərin tapılacağını istisna etməyib. (apa)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler