» » “Apple”dan milyonlarla “iPhone” istifadəçisinə bəd xəbər

“Apple”dan milyonlarla “iPhone” istifadəçisinə bəd xəbər

Bölmə: MARAQLI
“Apple”dan milyonlarla “iPhone” istifadəçisinə bəd xəbər
Qarşıdakı günlərdə təqdim olunacaq iOS 10.3.2 versiyası milyonlarla “iPhone” istifadəçisini kədərləndirəcək.

Xalqinfo.az “Technote”a istinadən xəbər verir ki, bu versiya ilə birlikdə iOS 10-un 32-bit dəstəyi sona çatır.
Qarşıdakı günlərdə təqdim ediləcək iOS 10.3.2 yenilənməsi, quruluşuna görə olduqca bənzərsizdir. Ancaq bunu yaxşı mənada vurğulamırıq. “Apple” bu günə qədər görülməmiş bir şeyi edir və iOS 10 versiyasının ortasında bəzi köhnə “iPhone” modellərinə dəstəyi dayandırır.

iOS 10.3.2 versiyasının iki beta versiyası da 32-bit cihazları dəstəkləmədi. Bu o deməkdir ki, təxminən 43,7 milyon “iPhone” istifadəçisi iOS 10.3.2 versiyasını istifadə edə bilməyəcək.

Çünki hələ də “iPhone 5” və “iPhone 5c” modellərini istifadə edən milyonlarla insan var. Bu telefonlar iOS 10 istifadə edən son “iPhone” cihazları olacaq. Bu modellər yalnız iOS 10.3.1 versiyasını istifadə edə biləcəklər.

Yenə də “iPhone 5” və “iPhone 5C” kimi cihazların, iOS 10.3.1 versiyasına qədər yenilənmiş olması sevindirici haldır. Çünki Android tərəfində bu cür köhnəlmiş cihazlar, yeni versiyalara qəbul olunmur. Yenə də Apple-ın iOS 10 versiyasının ortasında belə bir addım atması olduqca maraqlıdır.

Leyla Həsənova



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler