» » Azərbaycanlı fotoqraf bu fotoya görə -

Azərbaycanlı fotoqraf bu fotoya görə - bürünc medal aldı

Bölmə: MARAQLI
Azərbaycanlı fotoqraf bu fotoya görə -
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Bosniya və Herseqovinanın Doboy şəhərində keçirilən “CONTRAST 2017” Beynəlxalq bədii fotoqrafiya sərgisində İşıq Magistrlərinin Fotoqrafiya Assosiasiyasının (Master of Light Photographic Association) bürünc medalına layiq görülüb.

"Xalqinfo" xəbər verir ki, Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) hamiliyi ilə keçirilən müsabiqədə dünyanın müxtəlif ölkələrindən 269 fotoqraf iştirak edib. İlqar Cəfərovun 2015-ci ilin iyununda Bakıda birinci Avropa Oyunları zamanı Milli Gimnastika Arenasında gimnastların yarışında çəkdiyi “Qanadlı gimnastika” fotoqrafiyası “İdman” kateqoriyasında mükafata layiq görülüb.

Kanadanın Vankuver şəhərində yerləşən İşıq Magistrlərinin Fotoqrafiya Assosiasiyasının məqsədi üslubundan, texnikasından və ya janrından asılı olmayaraq fotoqrafiya sənətini dünyada təbliğ etməkdir.

Azərbaycanlı fotoqraf bu fotoya görə -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler