» » Televiziya verilişində oyunçular yeni planetlər kəşf etdi

Televiziya verilişində oyunçular yeni planetlər kəşf etdi

Bölmə: MARAQLI
Televiziya verilişində oyunçular yeni planetlər kəşf etdi
Həvəskar alimlər ABS telekanalında “Stargazinq Live”adlı proqramı izləyərkən 4-ü Yür kürəsinə bənzəyən 90 yeni planet kəşf edib.

"Xalqinfo" Publika.az-a istinadən xəbər verir ki, kəşf edilən planetlər Yerdən 600 işıq ili uzaqda yerləşir. Professor Brian Cox və Culia Zemiro tərəfindən hazırlanan verilişin sonuncu bölümündə izləyicilər üçün maraqlı bir oyun qurulub.

NASA-ya aid məlumatlar Zunniverse veb saytı vasitəsilə xalqa açıq elan edildi. 48 saat ərzində 10 mindən çox könüllünün qatıldığı oyunda 100 mindən çox ulduzun içərisindən planetlər kəşf edildi.

Həvəskarların bu kəşfləri alimləri belə təəccübləndirdi. Avstraliyanın şimalında Darvin bölgəsində yaşayan 26 yaşlı Andrev Grey professional alimlərin belə tapa bilmədiyi 4 planeti kəşf etdi. Verilişin aparıcısı B.Cox bunu “ən önəmli elmi yenilik”kimi şərh etdi.

O, bu kəşflərin araşdırılandan sonra elmi jurnallarda dərc ediləcəyini açıqladı. Yeni kəşf edilən planetlərdə temperaturun çox yüksək olması səbəbindən insanların yaşaması üçün əlverişsiz olduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler