» » Bakıda qəribə olay:

Bakıda qəribə olay: Oxuduğu kitab qadını öldürəcəkdi

Bölmə: MARAQLI, KİTAB ALƏMİ
Bakıda qəribə olay:
Bir müddət əvvəl tanımadığım bir xanım mənə yazdı ki, “dostum sizin kitabınızı tərifləyib, alıb oxumaq istəyirəm, haradan tapa bilərəm?” Mən də dedim, “Qanun” nəşriyyatında var, onlarla əlaqə saxlayın.

Bu sözləri gənc yazıçı Çinarə Ömray “Məcnunxana” kitabını oxuyan bir ailənin yaşadığı hadisə haqda Kult.az-a danışarkən deyib. O, kitabı oxuyan qadının yazılanlardan təsirlənib xəstəxanaya düşdüyünü bildirib:

“Üstündən bir müddət keçdi, həmin qız yazdı ki, “salam, kitabınızı oxudum, çox maraqlı idi. Hətta anam da oxumağa başlayıb. Bunlar olmuş hadisələrdi, ya yox?” Nəsə, bu haqda bir az danışdıq. Dünən isə qız mənə bu şəkli atıb yazıb: “Az qala, anamı itirəcəkdim və sizə olan sevgim nifrətə çevriləcəkdi, anamın qatili olacaqdınız”. Yazdım ki, anlamadım, niyə? Cavab verdi ki: “Anam sizin “Çinar tərəzi” və “Cəhənnəmə son imza” hekayənizi oxuyub pis oldu, təzyiqi qalxdı. Təcili yardımla xəstəxanaya apardıq. Orada özünə gəlib dedi, kitabı gətir, o qız mənim illərdir içimdə yığılanları yazıb, elə bil, içimin səsin oxudum. Şəklini çəkib sizə göndərirəm. İndi anam sizinlə görüşmək istəyir”. Dedim ki, məmnuniyyətlə görüşərik”.

Qeyd edək ki, Çinarə Ömrayın “Məcnunxana” adlı ilk hekayələr kitabı bir müddət əvvəl işıq üzü görüb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler