» » Baş ağrılarının səbəbləri

Baş ağrılarının səbəbləri

Bölmə: MARAQLI
Baş ağrılarının səbəbləri
Baş ağrısı son zamanların ən çox görülən xəstəlik göstəricilərindən biridir. Bu, müxtəlif xəstəliklərin göstəricisi kimi ortaya çıxa bilən bir bəlirtidir. Çox zaman adi görünən bu xəstəlik özündə ağır bir xəstəliyi gizlədə bilər. Ona görə də baş ağrılarını ciddiyə almaq və bundan yaxa qurtarmağa çalışmaq lazımdır. İnsanların 60-70%-i baş ağrılarından əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində belə məlum olmuşdur ki, baş ağrıları insanların əhval-ruhiyyəsi, hiss və emosiyaları, problemləri, fikirləri, rejimsiz qidalanmaları və digər faktorlarla bağlıdır. Baş ağrısının müxtəlif formaları var. Bunlar birincli və simptomatik olmaqla 2 yerə ayrılır. Birincli baş ağrısı müstəqil bir xəstəliyin əlaməti kimi dəyərləndirilir. Buna əsas misal kimi Miqreni göstərmək olar. Hər hansı bir xəstəliyin şikayəti kimi dəyərləndirilə bilən isə Simptomatik baş ağrısıdır. Yəni, baş ağrısının səbəbi soyuqdəymə də ola bilər. İlk öncə etməli olduğunuz iş baş ağrınızın səbəbini müəyyən etməkdir.

Miqren nədir və əlamətləri hansılardır?

Miqren başın bir hissəsini əhatə edən baş ağrılarıdır.Miqren insanda möhkəm narahatlıq yaradır və ürəkbulanma, qusma, səs-küyə qarşı dözümsüzlük, işıqdan qorxma, kimi əlamətlərlə müşahidə olunur.Miqren bir neçə dəqiqədən bir neçə günə kimi davam edə bilər. Bəzi hallarda isə Miqrenin görmə qabiliyyətinin zəifləməsinə və hətta, iflicə səbəb olması mümkündür. Miqren daha çox qadınlarda rast gəlinir. Miqrenin qidalanma ilə bağlı olması da məlumdur.. Müəyyən qidalar vardır ki, onlar Miqrenin yaranmasına şərait yaradır. (Şokolad, pendir, qırmızı şərab,müxtəlif həblər və s.). Miqrendən yaxa qurtarmaq üçün stressdən uzaq olmaq, yaxşı istirahət və yuxu vacibdir.
Miqrenin müalicəsi ilə nevropatoq məşğul olur.

Hansı hallarda həkimə müraciət etməlisiniz?

Qəflətən, tez-tez, və müntəzəm olaraq təkrarlanan, eyni zamanda urəkbulantısı, qusma kimi halların olduğunda, yaddaşın zəifləməsi - huşsuzluqla müşayət olunan, hərarət yaradan, həmçinin 50 yaşından sonra meydana çıxan baş ağrıları zamanı həkimə müraciət etməyiniz məsləhət görülür. Məhz bunlar arzuolunmaz və ağır xəstəliklərin ilkin əlamətləri ola bilər.

Ağrıkəsici dərmanlar kömək ola bilərmi?

Baş ağrıları zamanı istifadə olunan dərmanlar müəyyən dərəcədə kömək olur. Lakin, unutmaq lazım deyil ki, dərmandan uzunmüddətli istifadə böyrək və qaraciyər zədələnmələrinə gətirib çıxara bilər.

Baş ağrısından ev şəraitində qurtulma yolları :

Baş ağrıları zamanı təmiz havada gəzinti, yaxşıyuxu, xüsusi gimnastika,massaj da sizə bu ağrılardan qurtulmağa yardımçı ola bilər.

Bunların işə yaramadığı təqdirdə çox gec olmadan həkimə müraciət etməyiniz məsləhətdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler