Kökəlmək istəmirsinizsə - Bunlardan uzaq durun!Bölmə: MARAQLI
İdmanla məşğul olsaq da, sağlam bəslənsək də, gündəlik həyatda etdiyimiz bəzi yanlışlıqlar kökəlməyimizə səbəb olur. Xalqinfo.az məlumatına görə, siyahının başında yuxu problemləri gəlir: Kifayət qədər yatmamaq Orqanların funksiyalarını düzgün yerinə yetirmələri üçün lazımı qədər yatmalıyıq. Kifayət qədər yatmamaq və yuxunun tez-tez bölünməsi maddələr mübadiləsini ləngidir. Nəticədə isə çəkimiz artır. Şam yeməyindən dərhal sonra yatmaq Axşam yemək yedikdən sonra yatmaq böyük yanlışlıqdır. Belə olan halda, həzm prosesi çətinləşir və qəbzlik yaranır. Çəki artımının qarşısını almaq üçün daha yüngül qidalara üstünlük verin və yuxu saatından ən az 3 saat öncə yemək yeməyə çalışın. Telefonlarınızı yataq otağından uzaqlaşdırın Yatmamışdan əvvəl telefonla oynamaqdan imtina edin. Telefonların və kompyuterlərin şuaları yuxuya getməyinizə mane olur. Odur ki, yatmamışdan ən az 1 saat öncə mobil telefonunuzu və ya kompyuterinizi söndürün. Yemək yeyərkən televizora baxmaq Yemək yeyərkən televizor qarşısında oturmaq çəki artımının əsas səbəblərindən biridir. Çünki belə olan halda, fərqində olmadan normadan artıq qidalana bilərsiniz. Bu səbəbdən mütəxəssislər yemək yeyərkən televizor önündə oturmağı məsləhət görmürlər. Leyla Həsənova |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|