» » Qədim dövrdən bu günədək istifadə edilən mumya

Qədim dövrdən bu günədək istifadə edilən mumya

Bölmə: MARAQLI
Qədim dövrdən bu günədək istifadə edilən mumya
Mumya qara-qəhvəyi rəngdə olan elastik, parıltılı və çox qiymətli təbii müalicəvi xüsusiyyətlərə malik maddədir və onu əsasən Hindistan, Tibet və Rusiyada Altay dağlarından yığırlar. Spesifik iyi və acı dadı var.

Mumya suda tam həll olur və su qəhvəyi rəng alır. Qədim yunan filosofu və əczaçısı Aristotel onu bir sıra xəstəliklərin müalicəsində tətbiq edirdi. Məşhur alimin onu üzüm şirəsi ilə qarışdıraraq anadangəlmə karlığı, kafurla (kamfora) birləşdirərək burun qanaxmasını, balla qarışdıraraq pəltəkliyi müalicə etdiyi barədə məlumatlar var.

Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, Əbu Əli İbn Sina da mumyanın ecazkar müalicə vasitəsi olduğunu təsdiq edərək gül yağı, abqora, meyvə şirələri, mərci həlimi və müxtəlif bitkilərin yağı, şirəsi və həlimi ilə qarışdıraraq ciyər, orta qulağın irinli sümük sınması, üz sinirlərinin iflici, zəhərlənmə və sidik kisəsi xəstəliklərini müalicə etmişdir. Mumya həmçinin əsəb sistemi, ürək-damar, nəfəs yolları, mədə-bağırsaq və digər xəstəliklərin müalicəsində əvəzolunmaz dərman vasitəsi sayılır. Onun köməyi ilə maddələr mübadiləsinin pozulması, baş ağrısı, iflic və sümük xəstəliklərini sağaltmaq mümkündür. Olduqca mürəkkəb tərkibə malik olan mumya qədim dövrdən indiyə qədər loğmanların istifadə etdiyi əsas şəfa mənbələrindən biridir.

Vərəmin müalicəsində 4 qram mumya 20 xörək qaşığı qaynar suda həll olunur, 1 xörək qaşığı balla qarışdırılaraq səhər acqarına yarım stəkan isti südlə içilir.

Qaraciyər sirrozunda 2 qram mumya 10 xörək qaşığı qaynar suda əridilir, səhər acqarına və axşam yeməkdən 3 saat sonra 1 xörək qaşığı süd, bal və ya çayla içilir. Onu müəyyən fasilədən sonra təkrar etmək olar.

Radikulitin müalicəsində 2 qram mumya 1 qram tibbi kükürdlə qarışdırılır və üstünə 5 damcı su əlavə edilərək axşamlar ağrıyan nahiyəyə sürtülür və islatma qoyulur, sonra yun parça ilə sarınır, səhər ağrı tamamilə çəkilir.

Orta qulağın xəstəliyində bir qədər mumya suda əridilir, pambıq batırılaraq isladılır və qulağa qoyulur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler