Peyvənd artıq iynəsiz və ağrısız olacaqBölmə: MARAQLI
Kaliforniya Universitetinin alimləri (ABŞ, Berkli) peyvəndi orqanizmə iynəsiz və ağrısız yeritməyə imkan verən qurğu hazırlayıblar. Trend-in məlumatına görə, bu barədə "Naked Science" portalı xəbər verib. Məlumata görə, peyvənd və digər ağrılı prosedurlar yaxın vaxtlarda keçmişdə qala bilər. Onları Kaliforniya Universitetində hazırlanmış yeni metod əvəzləyəcək. Lazımlı preparatlar orqanizmə həb böyüklükdə "MucoJet" qurğusunun köməyi ilə yeridiləcək. Miniatür kapsul yanağın daxili hissəsinin selikli qatını deşərək, preparatı orqanizmə daxil edir. Qurğu müəlliflərinin sözlərinə görə, bu, tamamilə ağrısız prosesdir. "MucoJet" ucunda diametri 7 millimetr olan kürə yerləşən 15 millimetrlik silindrdir. Pasiyent birincisi su, ikincisi limon turşusu və qida sodasından ibarət quru kimyəvi reaktiv yanacaqla dolu olan bölmələri ayıran nazik membranı deşmək üçün kürəni ehmalca sıxmalıdır. Onların içərisindəki maddələr qarışanda xırda porşeni hərəkətə gətirmək üçün yetərli təzyiq yaranır və vaksini yüksək sürətlə kiçik deşikdən çıxarır. Yeni qurğu artıq donuz və ev dovşanları üzərində sınaqdan keçirilib. Sınağın nəticələri yeni üsulun inyeksiyalı peyvənddən üstün olduğunu göstərib. Leyla Həsənova |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|