» » 120 il ömrü olan yeni insanlar yaradılır:

120 il ömrü olan yeni insanlar yaradılır: bu 40 ildən sonra olacaq “80 və ya 100 yaşlı insanlar indiki nənə və babalardan çox fərqlənəcəklər”

Bölmə: MARAQLI
120 il ömrü olan yeni insanlar yaradılır:
Yeni radikal texnologiyaların və təbii seleksiya sayəsində yeni tip insan formalaşdırılır.

ANS PRESS-in məlumatına görə, Global Brain İnstitute mütəxəssisi Kadell Last bildirib ki, bəşəriyyət ciddi təkamül dövrü yaşayır. Ən azı 40 ildən sonra orta ömür artacaq və insanlar qoca vaxtında da övlad sahibi ola biləcəklər. Bundan başqa, insanlar gündəlik işlərini yerinə yetirmək üçün süni intellektdən də istifadə edə biləcəklər.

Mütəxəssis bu təkamülü meymundan insana keçid təkamülü ilə müqayisə edir. Əgər bu mülahizə doğru olsa, müasir dövrümüz Orta əsrlərdən necə fərqlənirsə, gələcək dünya da indikindən elə fərqlənəcək.

“80 və ya 100 yaşlı insanlar indiki nənə və babalardan çox fərqlənəcəklər”, - deyə Last bildirib. Onun sözlərinə görə, gələcəyin insanlarına cinsi yetkinliyin gecikməsi xarakterik olacaq. “Sürətli yaşamaq və gənc ölmək” şüarı öz aktuallığını itirəcək və insanlar gələcəkdə uzun ömür yaşayacaq və qoca yaşda öləcəklər.

Təkamülçü alimlərin bəziləronunla razıdırlar və 2015-ci ilə orta insan ömrünün 120 il olacağını proqnozlaşdırılar.

Lastın dedikləri artıq özünü doğruldur. Bu gün Qərbdə orta ömür artır və Böyük Britaniyada 30-a çatıb. Bundan başqa, 1970-ci ildə ABŞ-da 30 yaşdan sonra dünyaya uşaq gətirən qadınların sayı 1% idisə, 2012-ci ildə bu rəqəm 15%-ə çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler