» » Dünyanın ən xoşbəxt ölkələri -

Dünyanın ən xoşbəxt ölkələri - Azərbaycan neçəncidir?

Bölmə: MARAQLI
Dünyanın ən xoşbəxt ölkələri -
"Sustainable Development Solutions Netvork" (SDSN) şirkəti BMT-nin sorğusu əsasında hazırlanmış "Dünya xoşbəxtlik hesabatı-2017" hesabatını dərc edib.


Report-un məlumatına görə, hesabata əsasən, Norveç dünyanın ən xoşbəxt əhalisi olan ölkə kimi tanınır.

Reytinqdə ikinci yerdə Danimarka, üçdə İslandiya yerləşir, sonrakı yerləri isə İsveçrə, Finlandiya, Hollandiya, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveç tutub.

Azərbaycan reytinqdə 85-ci yerdədir. Regionun digər ölkələri - Ermənistan 94-cü, Gürcüstan isə 125-ci yerdə qərarlaşıb.

Bu siyahıda ABŞ 14-cü, Rusiya isə 49-cu olub.

Qeyd olunur ki, 155 ölkədən ibarət olan siyahida Tanzaniya, Burundi və Mərkəzi Afrika Respublikası sonuncu yerləri tutub.

Xatırladaq ki, bu gün, martın 20-si dünyada Beynəlxalq Xoşbəxtlik Günü qeyd olunur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler