» » Ev heyvanları saxlamaq səhhətimiz üçün xeyirdir -

Ev heyvanları saxlamaq səhhətimiz üçün xeyirdir - Mütəxəssis rəyi

Bölmə: MARAQLI
Ev heyvanları saxlamaq səhhətimiz üçün xeyirdir -
Bir çox xalqlar ev heyvanlarını hətta doğma övladları qədər çox istəyir. Onların qayğısına qalır, danışır, ən yaxın dostları kimi qəbul edirlər. Bu heyvanların yemlənməsi isə ən vacib nüanslardan sayılır.

Xalqinfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, yaşı 65-dən çox olan ev heyvanı sahibləri yaşıdları ilə müqayisədə həkimə daha az müraciət edir. Xüsusilə it saxlayan insanlar daha çox hərəkət edir və bunun sayəsində daha sağlam olurlar.

Psixoloq Tunar Cəfərli məsələ ilə bağlı bildirib ki, ev heyvanları əsəbləri sakitləşdirərək, insana müsbət enerji ötürür. Xüsusilə, balıq və quşlar pozitiv enerji mənbəyi sayılır.

“Heyvan saxlamaq təklik hissini, stressi azaldır, sosial ünsiyyəti gücləndirir, insanı idmanla məşğul olmağa həvəsləndirərək, qarşılıqsız sevgi hissi formalaşdırır. Ev heyvanı saxlayanlar heyvan saxlamayanlarla müqayisədə depressiyaya daha az düşür. Təzyiqləri nizamlı olaraq, stressli vəziyyətlərdə daha sakit qala bilirlər. Onlarda ziyanlı xolesterol səviyyəsi az olduğuna görə, ürək xəstəliklərinə tutulma ehtimalları da aşağı olur. Elmi cəhətdən sübut olunub ki, insan təbiətə nə qədər yaxın olarsa, o qədər də humanist olur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler