» » Hər gün yeməkdən yarım saat əvvəl su için

Hər gün yeməkdən yarım saat əvvəl su için

Bölmə: MARAQLI
Hər gün yeməkdən yarım saat əvvəl su için

Mütəxəsisslər hər gün ən azı 6 stəkan su içməyi məsləhət görür. Bəs, su içmək insanı arıqladırmı? Pəhriz saxlamadan və idman etmədən arıqlamağın yolu su içməkdən keçir?

Xalqinfo.az xəbər verir ki, İngiltərədə yerləşən Birmingem Universitetində aparılan araşdırmaya görə, hər yeməkdən yarım saat əvvəl su içildiyi halda, üç ay içərisində iki kilo yarım, dörd kilo çəki atmaq olar.

Suyun insan orqanizmi üçün faydaları çoxdur. Belə ki, su metabolizmanın düzənlənməsində və vücudumuzdakı bütün reaksiyaların yaranmasında cavabdehdir. Susuz qalmaq cinsiyyət hormonunun istehsalına əngəl olur, bu iqtidarsızlıq və cinsi istəyin itməsinin əsas səbəblərindən biridir. Lakin hər şeyin çoxu zərərli olduğu kimi, həddindən artıq su içməyin də zərərləri var. Böyrəklərin müəyyən edillmiş miqdarda su atmaq gücü var. Həddindən artıq su istifadə edildiyində böyrəklərin bunu bədəndən atması çətinləşir. Bu vəziyyətdə su qanda toplanaraq elektrolit balanssızlığa, natrium itkisinə, halsızlığa, bulantıya və koma halına gətirib çıxara bilər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler