» » 400 kq-lıq qadın əməliyyatdan sonra rəqs etdi

400 kq-lıq qadın əməliyyatdan sonra rəqs etdi

Bölmə: MARAQLI
400 kq-lıq qadın əməliyyatdan sonra rəqs etdi
Misirli İman Əhməd Abdulati Hindistanın Mumbay şəhərində mədənin həcminin azaldılması üzrə əməliyyat olunduqdan sonra özünü yaxşı hiss edir.

Xalqinfo.az xəbər verir ki, səhhətindəki problemlərə görə çəkisi təxminən 500 kiloqrama çatan 36 yaşlı qadın dünyada ən ağır şəxs hesab olunurdu. Fevral ayında bildirilmişdi ki, “Egypt Air” aviaşirkəti Abdulatini Misirdən yük təyyarəsi Hindistana gətirib. Həkimlərin sözlərinə görə, martın 7-də keçirilən əməliyyat nəticəsində qadının mədəsinin ölçüsü 15 faiz azaldılıb. Həkimlər həmçinin piyin böyük hissəsini götürüblər.

Bugünlərdə isə İmanın Mumbaydakı xəstəxanadan görüntüləri yayılıb. O, ərəb musiqisinin sədaları altında yataqda rəqs etməyə çalışıb. Həmin anları xəstənin bacısı telefonun yaddaşına köçürüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler