» » Bu qurğu tibb bacılarını əvəzləyəcək

Bu qurğu tibb bacılarını əvəzləyəcək

Bölmə: MARAQLI
Bu qurğu tibb bacılarını əvəzləyəcək
Xəstəxanada növbə gözləyən pasiyent vaxtını daha səmərəli keçirə bilər.

Təzyiq, nəbz və çəkinin ölçülməsi sayəsində tibbi personal bu kimi adi işləri yerinə yetirmək əvəzinə daha əhəmiyyətli məsələlərə diqqət ayıra biləcək. Belə ki, Belçikanın "BeWell" şirkətinin hazırladığı qurğu həkim qəbulundan öncə ilkin tibbi müayinədən keçməyə imkan verir.

Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, "WellPoint" adlanan qurğu lazımi işləri kənar müdaxilə olmadan yerinə yetirir. O, bütün işlərə təxminən üç dəqiqə sərf edir. Tibb bacısına isə bunun üçün daha çox vaxt lazımdır. Müayinədən keçmək üçün pasiyent stendin yanında oturaraq ona tibb kartını göstərməli, əlini təzyiqi ölçən cihaza daxil etməklə aparatı aktivləşdirməlidir.

İstehsalçılar bildirirlər ki, "WellPoint" gələcəkdə qan analizləri götürəcək və onda şəkərin səviyyəsini ölçəcək. Stendin illik xidməti tibbi müəssisəyə təxminən səkkiz min ABŞ dollarına başa gələcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler