» » Nazarbayev qadın ürəyini ələ almağın yollarından danışdı

Nazarbayev qadın ürəyini ələ almağın yollarından danışdı

Bölmə: MARAQLI
Nazarbayev qadın ürəyini ələ almağın yollarından danışdı
“Gözəldirsə, ona ağıllı olduğunu söylə. Gözəgəlimli deyilsə, gözəl olduğunu de. Nə ondan, nə də bundandırsa, o zaman de ki niyə belə arıqlamısan?”

Qazaxıstan prezidenti Nursultan Nazarbaev 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə prezident sarayında keçirilən mərasimdə həmin sözləri dilə gətirib. Mərasimə toplaşan qadınlar qarşısında çıxış edən Nursultan Nazarbaev deyib ki, kompliment qadınların xoşuna gəlmək üçün bir açardır və o, həmişə çalışıb ki, qazax kişisinə qadının könlünü almaq sənətini, qadınla cəngavərcə davranmağı öyrətsin.

Prezident yanındakı kişiləri “danlayıb”

Prezident onu müşayiət edənlərlə zarafatlaşaraq, “hələ də qadınla necə davranmağı bacarmadıqlarını” onlara irad tutub.

Prezident mərasiminə qatılanlar arasında ictimaiyyətin müxtəlif üzvləri - biznesmen xanımlardan tutmuş, evdar qadınlara, müəllimlərə, həkimlərə, idmançılara və millət vəkillərinədək hər kəsimin nümayəndəsi olub.

“Nə ekstrasenslərə, nə də astrologiyaya inanıram”

Nazarbayev qadın ürəyini ələ almağın yollarından danışdı













Ertəsi gün prezidentin mətbuat xidmətinin Instragram səhifəsində Nursultan Nazarbaev-in 2001-ci ildə anası haqqında söylədiyi fikirlərin yer aldığı video yerləşdirib. Bu videodakı çıxışında 1977-ci ildə itirdiyi anasından söz açan prezident onu çox sevdiyini, hər zaman yanında hiss etdiyini deyir.

“Mən nə mistikaya, nə cadugərlərə, nə ekstrasenslərə, nə də astrologiyaya inanıram”, - Nursultan Nazarbaev videodakı çıxışında belə deyib və əlavə edib ki, önəmli və çətin qərarlar vermə anında anasını həmişə yanında hiss edir:

“Bu an anam mənə deyir ki, sakit ol və hər şey yaxşı olacaq”.Sözünə davam edən prezident vurğulayır ki, anası yaşasaydı, ona “səni çox, lap çox sevirəm, ana və səninlə qürur duyuram!” - deyərdi.

Tonlarla gül

Qazaxstanda 8 mart Beynəlxalq Qadınlar Günü hər il rəsmi bayram kimi qeyd edilir. Həmin gün dövlət qurumlarında tədbir və görüşlər keçirilir, televiziyalarda özəl proqramlar hazırlanır. Ailələrdə 8 mart ayrıca bayram kimi qarşılanır.

Martın 1-dən 8-dəkQazaxıstan paytaxtı Astanaya təyyarələrlə 31 milyon təngə (təxminən 100 min dollar) dəyərində gül gətirilib. Gül ixracının ümumi həcmi 8,6 min ton olub. Güllər Ekvadordan, Keniyadan, Hollandiyadan, İsrail, Litva və başqa ölkələrdən gətirilib. Yanvar-fevral ayında hava yolu ilə gətirilən gülün dəyəri 13 milyon təngə, toplam həcmi 6,3 ton olub. İxracatçılar ölkəyə qazax qadınlarının gül zövqünə uyğun çiçəklər, özəlliklə qərənfillər gətiriblər.

Yerli media yazır ki, martın ilk ongünlüyündə ölkəyə gətirilən gülün həcmi qazaxların 8 mart bayramına necə önəm verdiyini göstərir.

Nazarbayev qadın ürəyini ələ almağın yollarından danışdı













Prezident məsləhətini bəyənən də var, bəyənməyən də...

Tengrinyus” saytına - Nursultan Nazarbaev-in qadınlarla görüşündən bəhs edən məqaləyə gələn şərhlərdə bəzi oxucular prezidentin qadın ürəyini ələalma məsləhətini bəyəndiyini bildirir.

“Yaxşı məsləhətdir, kişilər gərək buna əməl etsin”, - bəziləri belə yazır.

Erlan adlı oxucu qeyd edir ki, onun fikrincə, bütün qazax xanımları ağıllı və gözəldir:

“Arıqlamalarına ehtiyac yoxdur”.

“Bake” imzalı oxucu iradını bildirir ki, hər hansı qadına “yaxşı görünmürsən” demək olmazsa da, bilməlisən ki:

“Gözəllik materiyadır, zamanla yararsız hala düşür. Yalnız mənəvi gözəllik əbədidir”.

“Klara” imzalı oxucu prezidentin tövsiyəsini yersiz sayır:

“Ucuz yumordur, prezident səviyyəsində deyil və yerində deyilməyib”.

“Samat” yazır ki, bütün qızların xoşuna gəlmək üçün prezident olmaq lazımdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler