» » Yağışın altında "ağıllanan" adam

Yağışın altında "ağıllanan" adam

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Yağışın altında "ağıllanan" adam
Bir nəfər qocaman alimin yanına gələrək dedi:

- Müdrik olmaq üçün nə etməliyəm?

Qoca çox düşünmədən cavab verdi:

- Çıx bayıra, bir qədər orda dayan, sonra gələrsən.

Küçədə yağış yağırdı. Odur ki, müsafir təəccübləndi:

- Bayıra çıxım? Sizcə bu mənə yardım edəcək?

Alim susurdu. “Bəlkə müdrikliyə aparan yol elə bu cür başlamalıdır” düşünən qonaq, səssizcə küçəyə çıxdı. Yağış isə get-gedə güclənirdi. On dəqiqədən sonra o, yenidən otağa daxil oldu. Artıq paltarları da, özü də tamamilə islanmışdı.

- Hə, dayandım. Bəs sonra?

Alim sual verdi:

- Nə baş verdi? Orda dayandığınız müddətdə ağlınıza nə gəldi?

- Nə gəldi? Düşündüm ki, burda yağışın altında dayananda lap axmağa bənzəyirəm!

Qoca gülümsəyərək dedi:

- Siz ki böyük kəşf etmisiniz! Müdrikliyə doğru ilk addım atıldı! Siz doğru yoldasınız! Əgər axmaq olduğunuzu anladınızsa, deməli dəyişikliklər artıq başladı!

P.S. Sizə elə gəlmirmi ki, bəzi insanların 10 dəqiqə deyil, saatlarla yağışın altında dayanmağa böyük ehtiyacları var? Hətta müdriklik zirvəsini fəth etdiyini düşünənlərin də...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler