» » Siyəzənlidən hamıya dərs: Tullantıları sənətə çevirdi -

Siyəzənlidən hamıya dərs: Tullantıları sənətə çevirdi - Video

Bölmə: MARAQLI
Siyəzənlidən hamıya dərs: Tullantıları sənətə çevirdi -
Siyəzəndə daha bir maraqlı hadisə baş verib

ARB xəbər verir ki, Siyəzən sakini Cavid Yəhyayev 5 ildir ki, müxtəlif tullanıtılardan maraqlı əl işəri hazırlayır. O, bu işə ilk olaraq lazımsız təkərlərdən fiqurlar düzəltməklə başlayıb. Artıq 3 aydır ki, şirə qutularını da toplayır və onlardan qeyri-adi fiqurlar hazırlayır.

Bir fiqurun hazırlanmasına təxminən 2-3 saat vaxt sərf edir. Əl işlərini düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan faydalı istifadə etməyin mümkünlüyünü göstərməkdir. Cavid Yəhyayevin sözlərinə görə bu sənəti öyrənmək istəyənlər də az deyil.

Cavid Yəhyayev ərsəyə gətirdiyi fiqurlarla IV Beynəlxalq “Tullantıdan Sənətə” sərgisində də iştirak edib. Əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Hazırda sənətkar taxtadan düzəldilən və küləklə hərəkət edən fiqurlar üzərində çalışır. O, gələcəkdə bu sənəti genişləndirmək və kiçik biznes qurmaq niyyətindədir.



Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler