» » Güllə insanı necə öldürür? - Bunlara diqqət!

Güllə insanı necə öldürür? - Bunlara diqqət!

Bölmə: MARAQLI
Güllə insanı necə öldürür? - Bunlara diqqət!

Güllə insanı necə öldürür?

Xalqinfo.az xəbəbər verir ki, güllənin öldürücü olmasının səbəbi odur ki, lülənin içərisində hərəkət edən nüvənin diametri lülədəki setlərdən çoxdur, bu səbəblə üzərində cızıqlar əmələ gəlir. Ballistika mütəxəssisləri bu cızıqların köməyi ilə güllələrin hansı silahdan atıldığını tapırlar. Bu cızıqlar ilə havada sürətlə irəliləyən bir güllə, sanki əl burğulama maşını kimi hərəkət edir. Dəydiyi yerləri bir iynə kimi deyil, əl burğulama maşını kimi parçalayaraq deşir. Canlı bədəni parçaladığı toxumaları ardından apararaq yığın yaradır. Filmlərdə suya girən güllələr ardından bir miqdar havanı suyun bir neçə metr dərinliyinə qədər götürür. Canlı bədəndə də eyni prosesi gerçəkləşdirir və içəridə yüksək təzyiqli hava kütləsi əmələ gətirir. Xüsusilə, yaxın məsafəli atışlarda daxili qanaxmaların olmasının başlıca səbəbi budur. Güllə dərini deşir və qanın içəridə qalmasına səbəb olur.

Tibb mütəxəssisləri güllə yarasına baxdıqlarında ilk olaraq, yaranın ətrafında barıt yanığı və ulduz şəklində yarılmış dəri varmı deyə baxırlar. Bunlar yaxından atəşin əlamətləridir.

Standart güllələr qurğuşun metalından hazırlanır və istifadə sahəsinə görə, metalın çevrəsini mis kimi metallarla tutur. Buna köynək deyilir. Tam köynək qurğuşun metalının tamamilə tutulduğunu, yarım köynək isə ucunun açıq buraxılıb, arxa tərəfinin tutulduğunu göstərir. Tam köynəklərin çıxış məqsədi güllənin vurduğu adamı öldürüb, bədəni tərk edib, arxasındakı adamları yaralaması, ya da öldürməsidir. Yarım köynək isə bunun tam əksidir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler