» » Yatmazdan əvvəl dilinizin altına qoyun..

Yatmazdan əvvəl dilinizin altına qoyun..

Bölmə: MARAQLI
Yatmazdan əvvəl dilinizin altına qoyun..

Doyunca yatmaq sağlamlıq üçün əsas şərtdir. Amma müasir həyatın ritmi ilə əlaqədar insanların yuxu saatı azalıb. Halbuki, insan axşam 20.00-21.00-dən səhər 6-7-dək yatmalıdır ki, bütün gün aktiv olan bədən itirdiyi enerjini bərpa edə bilsin.

Yuxunun keyfiyyətinə bir çox amillər təsir edir. Gün ərzində keçirdiyiniz stress, gərgin iş, məişət problemləri və.s. Təəssüflər olsun ki, insanlar yuxu problemini aradan qaldırmaq üçün çox vaxt çarəni dərman içməklə tapır və bu insanlarda vərdişə çevrilir. Lakin yuxu problemini aradan qaldırmaq üçün təbii vasitələrdən istifadə edə bilərsiniz.

Xalqinfo.az Metbuat.az istinadən verdiyi məlumata görə, bal və himalay duzu yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Şüşə qaba 5 çay qaşığı bal və 1 çay qaşığı dəniz duzu əlavə edin. Yatmazdan əvvəl qarışıqdan bir az dilin altına qoyub tədricən udmağa çalışın.

Himalay duzunun tərkibinə bədəninin bərpası üçün lazım olan 80-dən çox mineral və faydalı elementlər daxildir. Balın tərkibi isə orqanizmi enerji ilə təmin edən qlükoza ilə zəngindir. Himalay duzu və bal serotonin hormonlarını yüksəldir, emosional stress səviyyəsini də aşağı salır. Bu vəsaitin köməyi ilə təbii şəkildə gərginliyi aradan qaldırmaq və yuxunun keyfiyyətini yaxşılaşdırmaq olar.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler